Almaniyanın ən böyük bankı Deutsche Bank sabahdan etibarən 200-ə qədər filialını bağlayacağını açıqlayıb.
İnsider.az xəbər verir ki, Bank, 290 filialın müştərilərinə xidmət göstərməyə davam edəcəyini qeyd edib.
Deutsche Bank hesabatında, yeni növ koronavirus (Kovid-19) epidemiyasının iqtisadi təsirinin bankın maliyyə hədəflərinə çatmasına mənfi təsir edəcəyini də bildirib.
1870-ci ildə qurulan Deutsche Bank 2022-ci ilə qədər 18 min nəfəri işdən çıxarılacağını açıqlamışdı.
Marja