almaniyanin-en-boyuk-bankinin-kredit-reytinqi-asagi-salindi

Almaniyanın ən böyük bankının kredit reytinqi aşağı salındı

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Almaniyanın ən böyük bankı "Deutsche Bank"ın (Döyçe Bank) kredit reytinqini aşağı salıb.

İnsider.az xəbər verir ki, "Deutsche Bank"ın uzunmüddətli kredit reytinqi "BBB+" səviyyəsindən "BBB" səviyyəsinə endirilib. 

Beləcə, bankın kredit reytinqi maliyyə bazarlarında "zibil" adlandırılan səviyyənin iki pillə üstünə düşüb. 

"Fitch"in açıqlamasında ""Deutsche Bank"ın reytinqinin aşağı salınması davam edən problemləri və bankın gəlirliliyinin artırılması və iş modelinin sabit hala gətirilməsi üçün görülən tədbirlərin məhdud qalmasını əks etdirməkdədir", - ifadələrinə yer verilib.

Açıqlamada bank iş modelini gücləndirmək üçün tədbirlər görsə, kredit reytinqinin yaxşılaşa biləcəyinə işarə edilib. 

"Fitch" eyni zamanda, bankın zəifləmənin qarşısını ala bilmək üçün həll tapa bilməzsə, kredit reytinqinin daha aşağı səviyyələrə endirilə biləcəyi xəbərdarlığını da edib.

Bankın "Sandart & Poor's"dan aldığı reytinqi "BBB+", "Mody's"dən aldığı reytinqi isə "A3" səviyyəsindədir. 

©"Marja"