almatida-teleradio-binasi-yanir

Almatıda teleradio binası yanır

Qazaxıstanın Almatı şəhərində yerləşən “Mir-24” teleradio şirkətinin binası yanır.

Binanın etirazçılar tərəfindən yandırıldığı ehtimal edilir.

Qeyd edək ki, bir neçə saat əvvəl yerli KİV-lər məlumat verirdi ki, Almatı şəhərində iğtişaşçılar “Mir” telekanalının binasında barrikada qurublar.

Onların hərbçilərə müqavimət göstərdiyi qeyd olunur.

Mənbə: TASS