alp-daglarinda-itkin-dusen-xizekcilerden-besinin-meyiti-tapildi

Alp dağlarında itkin düşən xizəkçilərdən beşinin meyiti tapıldı

İsveçrənin Alp dağlarında itkin düşən altı xizəkçidən beşi həlak olub.

Bu barədə Vale kantonunun polisi məlumat yayıb.

Bildirilir ki, üç xilasedici və bir polisdən ibarət qrup həlak olanların meyitlərini aşkar edib, altıncı xizəkçinin axtarışları davam edir.

Qeyd edək ki, martın 9-da kurort şəhəri Zermattdan gəzintiyə çıxan altı xizəkçi ilə daha sonra əlaqə kəsilib. Bundan sonra onların axtarışlarına başlanılıb. Xilasetmə əməliyyatı əlverişsiz hava şəraiti səbəbindən çətinləşib.