alphabet-apple-i-geride-qoydu

“Alphabet” “Apple”-ı geridə qoydu

2019-c ilin ilk yarım ilinin yekunları üzrə “Alphabet” dünyada nağd vəsait ehtiyatına (117 milyard dollar təşkil edir) görə ən zəngin şirkət olub. Siyahısnın ikinci pilləsində 102 milyard dollarla “Apple” yerləşib. İnsider.az bunu “Financial Times”-a istinadla bildirir.

Rezervlərin artımı səhmdarlar tərəfindən təzyiqi artıra bilər. “FT” xəbərdar edir ki, onlar “Alphabet”-dən divident ödənişinə və səhm alışına daha çox vəsait xərcləməyi tələb edə bilərlər.

Nəşriyyat hesab edir ki, “Google”-un bazardakı dominant vəziyyəti diqqətlərini cəlb edəcək tənzimləyicilər də şirkətə maraq göstərə bilərlər.

Samirə Məmmədova