Bu ilin yanvar-iyun aylarında ölkədən 128 min 538 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
İnsider.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
İxrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 103 milyon 337 min ABŞ dolları olub.
Ötən ilin eyni dövründə Azərbaycandan 71 milyon 776 min dollar dəyərində 94 min 797 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.