“Partner Service Delivery” proqramı çərçivəsində “Amazon” şirkəti bağlama çatdırılması sahəsində öz işini qurmaq istəyən ABŞ-dakı əməkdaşlarına 10 min dollar, həmçinin üç maaş həcmində məbləğ təklif edib. İnsider.az bu barədə “vc.ru”-ya istinadla yazır.
İnsider.az-ın məlumatına əsasən, 2018-ci ildən fəaliyyət göstərən “Partner Service Delivery” proqramı gələcək sahibkarlara “Amazon” loqosu olan furqonları icarəyə götürməyə, yanacaq, uniforma və startapın işə salınması üçün lazım olan digər əşyalara güzəştin əldə edilməsinə kömək edir.
Şirkətdən bildirilir ki, işə salınma anından etibarən “Amazon” 200 kiçik müəssisələrin açılmasına yardım edib.
“Partner Service Delivery”-nin saytında deyilir ki, proqramın partnyorları “Amazon” dəstəyi sayəsində başlanğıc xərclərini azalda və biznesi 10 min dollara işə sala bilərlər. Məlumata əsasən, potensial iştirakçılar çoxdur və proqramda yerlər məhduddur. “Amazon” potensial sahibkarlar barədə təhsil, iş təcrübəsi və maliyyə durumuna kimi məlumatları öyrənir. Yeri gəlmişkən, əməkdaş öz şəxsi biznesi üçün işindən azad olunmağa qərar verdiyi təqdirdə, şirkət yenə də ona üç maaşını ödəməyə hazırdır.
Samirə Məmmədova