amazon-oz-reklaminda-ogurluqda-subheli-bilinen-qadinin-seklini-istifade-edib

“Amazon” öz reklamında oğurluqda şübhəli bilinən qadının şəklini istifadə edib

“Amazon”-a məxsus “Rinq” “ağıllı” qapı zəngləri istehsalçısı “Facebook”-dakı reklam elanında oğurluqda şübhəli bilinən qadının təsvir olduğu videonu yerləşdirib. İnsider.az bunu “Vice” jurnalına istinadla yazır.

Şirkət elanda istifadəçilərdən videodakı qadını tanıdıqları təqdirdə, polisə müraciət etmələrini xahiş edir. Çarxda qadının iki avtomobil arasından keçdiyi, sonra isə onlardan birini açmağa çalışdığı göstərilir.

“Ring”-dən nəşriyyata reklam publikasiyasına görə ödəniş etdiklərini təsdiqləyiblər.

Mauntin-Vyu polis idarəsinin saytında da insidentlə bağlı ismarış və “Ring” kamrasından görüntü yerləşdirilib. İsmarışda deyilir ki, videoda avtomobildən çanta və pul qabı oğurluğunda şübhəli bilinən qadın təsvir olunub.

Polis nümayəndəsi nəşriyyata idarənin “Ring”-dən kamera materiallarını dərc etməyi xahiş etmədiyini, lakin belə addımın istintaqa kömək edəcəyini bildirib. Lakin “Vice” qeyd edir ki, “Amazon” reklamda günahı təsdiq olunmamasına baxmayaraq, şübhəli qadının şəklini istifadə edir.

Qeyd edək ki, “Amazon” “ağıllı” qapı zəngləri olan “Ring”-i 2018-ci ilin fevralında əldə edib. Biznes-jurnallarının məlumatına görə, sövdələşmə məbləğinin 1 milyard dollar olması ehtimalı var.

Samirə Məmmədova