“Amazon” şirkəti 2019-cu ilin iyunun 24-dən ABŞ-da “Amazon Restaurants” yemək çatdırılma servisini bağlayacaq. İnsider.az bunu “GeekWire”-a istinadla xəbər verir.
“Restaurants”-dan başqa, şirkət həmçinin 2016-cı ilin iyunundan fəaliyyət göstərən “Daily Dish” ofislərə nahar çatdırılma servisini də bağlayacaq.
“Amazon”-dan deyilənə görə, “Restaurants” əməkdaşlarının bir qismi şirkətin digər bölmələrinə keçəcək, digər əməkdaşlar isə iş axtarışında köməklə təmin olunacaq.
Xatırldaq ki, “Amazon Restaurants” fəaliyyətini Sietldə 2015-ci ildə başlayıb. 2019-cu ilə servis ABŞ-ın 20 şəhərində, həmçinin Londonda əlçatan idi. Lakin 2018-ci ilin noyabrında “Restaurants” artıq Böyük Britaniyada bağlanmışdı.
Hazırda ABŞ yemək çatdırılma bazarına üç servis liderlik edir: “Uber”, “Grubhub” və “DoorDash”. Onlar üçü bir yerdə bazarın 75%-dən çoxunu tutur. “Amazon” öz yemək çatdırılma servisindən savayı, kənar layihələrə də investisiya ayırıb – 2019-cu ilin mayında şirkət “Deliveroo” ərzaq çatdırılma servisinin 575 milyon dollarlıq raundunun başına keçdi.
Samirə Məmmədova