Amazon 100 milyon dollarlıq sərmayə ilə Türkiyədə ilk logistika bazasını açıb. Marja xəbər verir ki, logistika bazasında 1 il ərzində mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
ABŞ-ın e-ticarət nəhəngi Amazon 100 milyon dollarlıq sərmayə ilə Türkiyədə ilk logistika bazasını işə salıb.
Amazon-un logistika bazası artan müştəri tələbatını ödəməyə və sifarişləri daha sürətli çatdırmağa kömək edəcək.
Amazon əvvəllər podratçı şirkətlər vasitəsilə logistika xidmətləri alırdı. İstanbulun Tuzla səmtində qurulan bazanın bir il ərzində mindən çox yeni iş yeri təmin edəcəyi gözlənilir.
Amazon-un Türkiyə üzrə meneceri Richard Marriott, “Türkiyədə ilk logistik bazamızı açdığımız üçün həyəcanlıyıq. Ən son texnologiyalarla təchiz olunmuş yeni logistika bazamız, bizneslərini daha da genişləndirmək üçün Amazon.com.tr-də satışını həyata keçirən və son bir ildə sayı 50 faiz artan kiçik və orta müəssisələrin dəstəklənməsinə əhəmiyyətli töhfələr verəcək”,- deyib.
Amazon vasitəsilə satış həyata keçirən Türkiyə kiçik və orta müəssisələrinin sayı keçən illə müqayisədə 50% artaraq 25 mini keçib.