amazon-un-4-rub-uzre-gelir-proqnozu-sehmlerin-ucuzlasmasina-sebeb-oldu

"Amazon"un 4 rüb üzrə gəlir proqnozu səhmlərin ucuzlaşmasına səbəb oldu

ABŞ-ın elektron ticarət şirkəti "Amazon.com Inc"in dördüncü rüb üzrə elan etdiyi gəlir proqnozu analitiklərin gözləntilərini qarşılamamasından sonra düşüb.

İnsider.az xəbər verir ki, cümə axşamı, şirkət dördüncü rüb üzrə gəlir proqnozunu 80-86,5 mlrd dollar səviyyəsində elan edib. Analitiklərin gözləntilərinə görə, bu göstərici 87,2 milyard dollar səviyyəsində proqnozlaşdırılırdı.

"Amazon" üçüncü rübdə səhm başına 4,23 dollar gəlir əldə edərək 4,59 dollar gözləntisinin altında qalıb. Şirkətin xalis satış gəliri 68,7 mlrd dollar rpoqnoza qarşı 70 milyard dollar olub. 

Maliyyə hesabatı açıqlandıqdan sonra "Amazon" şirkətinin səhmləri əməliyyatlarda kəskin şəkildə aşağı düşüb.

Mənbə: "Report"