amazon-un-iscileri-tetil-edir

“Amazon”-un işçiləri tətil edir

“Amazon”-un ABŞ-ın Minnesota ştatındakı anbarının əməkdaşları “Prime Day” (“Premyera günü”) kütləvi satış zamanı tətil etmək qərarına gəliblər. Tətil cari ilin iyulun 15-dən 16-dək keçiriləcək. İnsider.az bu barədə xəbəri “Bloomberg”-ə istinadla çatdırır.

İşçilər istifadəçilərə bəzi mallara olan sürətləndirilmiş pulsuz çatdırılmaya abunəlik verən “Amazon Prime” servisi ilə bağlı iş şərtlərinə qarşı etiraz etməyə hazırlaşırlar. Həmçinin mitinq edənlər şirkətdən daha təhlükəsiz və etibarlı iş yerlərini təmin etməyini tələb edəcəklər.

Tətildə, onun təşkilatçılarından biri olan Abdürəhman Myuzun söylədiyinə görə, yüzdən çox işçi iştirak etməyi planlaşdırır. Onlar iyulun 15-i gecə və gündüz növbəsində üç saat boyu mitinq edəcək, iyulun 16-ı isə anbarın hüdudlarından kənarda etirazlarını davam etdirəcəklər. İşçiləri dəstəkləmək üçün ölkənin digər ştatlarından gəlməyə qərar vermiş “Amazon”-un tərtibatçıları və digər ofis əməkdaşları da onlara qoşulmağı planlaşdırır.

Nəşriyyat qeyd edir ki, indiyədək şirkətin ABŞ-dakı anbar işçiləri iri sathasat günlərində işi buraxmanışdılar. “Amazon”-un mətbuat xidməti isə tətilə dair şərh verməkdən imtina edib.

Qeyd edək ki, “Amazon”-un əməkdaşları artıq Minnesota da əmək şərtlərinə qarşı 2018-ci ildə tətil təşkil etmişdilər. O vaxt etiraz edənlər şərqi-afrikalı işçi-mühacirlər idi.

Samirə Məmmədova