amazon-un-sehmleri-iki-defe-baha-satildi

“Amazon”-un səhmləri iki dəfə baha satıldı

“Amazon”-un təsisçisi Ceff Bezos cari ilin iyulun 29-dan 31-dək şirkətin 900-dən çox səhmini kağızın biri 1,9 min dollar olmaqla satıb. ABŞ Qiymətli kağız və birjalar üzrə komissiyasına verilmiş sənədlərə əsasən, Bezos səhmləri 1,8 milyard dollara satıb. Vergilərin ödənişindən sonra o, təxminən 1,4 milyard dollar alacaq. İnsider.az bu barədə “Forbes”-a istinadla yazır.

Sonuncu dəfə Bezos “Amazon”-un səhmlərini ötən ilin oktyabrında satmışdı. 2017-ci ilin may və noyabr aylarında isə milyarder şirkətin səhmlərini 1,7 milyard dollara satıb.

2017-ci ildə Bezos öz “Blue Origin” aerokosmik şirkətinin maliyyələşdirilməsi üçün şirkətin səhmlərini 1 milyard dollara satdığını deyirdi. “Amazon”-dan Bezosun niyə məhz indi səhmləri satdığına cavab vermədilər. Nəşriyyatın məlumatına görə, paketin satışından sonra milyarderə məxsus aktivlərin dəyəri 115 milyard dollar məbləğində qiymətləndirilir.

Samirə Məmmədova