amazon-un-tarixinde-en-boyuk-ixtisar

"Amazon"un tarixində ən böyük ixtisar

Amazon, pandemiya zamanı daha çox işçi işə qəbul etdiyini etiraf edərək, 18 000-dən çox insanı işdən çıxarmağı planlaşdırır.

Amazon 18 000-dən çox iş yerini ixtisar edəcəyini açıqlayıb. Bu, şirkətin tarixində ən böyük ixtisar olacaq.

Bu barədə Şirkətin baş direktoru Andy Jassy şirkətin bloqunda yazıb.

Texnologiya şirkətləri uzun müddətdir tənəzzül ehtimalına hazırlaşır. 

Həm Amazon, həm də Salesforce pandemiya zamanı daha çox insanı işə etdiklərini etiraf etdilər. 

Üçüncü rübün sonunda Amazonda 1,54 milyon nəfər işləyirdi.

Qlobal iqtisadiyyatın yavaşlaması ilə bir çox texnologiya şirkəti minlərlə insanı işdən çıxarmaq və ya yeni işə qəbulu dayandırmaq qərarına gəlib. Bu şirkətlər arasında Meta və Amazon kimi texnologiya sektorunda aparıcı şirkətlər də var.

Marja