amazon-un-xalis-geliri-i-rubde-iki-defeden-cox-artib

“Amazon”-un xalis gəliri I rübdə iki dəfədən çox artıb

Onlayn-riteyler “Amazon”-un xalis gəliri 2019-cu ilin ilk rübünün yekunları üzrə illik ifadədə 2,2 dəfə artıb və 3,561 milyard dollara çatıb.

İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

2018-ci ilin anoloji dövrünün yekunları üzrə 3,27 dollara (5,56 AZN) qarşı cari ilin ilk rübündə səhm üzrə sulandırılmış gəlir 7,09 dollar (12,05 AZN) təşkil edib. Mənfəət 17%, yəni 59,7 milyard dollara qədər yüksəlib.

İkinci rüb yekunları üzrə “Amazon” illik ifadədə 13-20 %-ə, yəni 59,5-63,5 milyard dollara qədər mənfəət artımı gözləyir.

Qeyd edək ki, “Amazon” dünyanın ən iri onlayn-riteylerindən biridir. ABŞ-dan başqa, şirkət Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində çalışır. “Amazon.com” internet-mağazası 1995-ci ilin iyulunda işə salınıb. 2018-ci ilin martın 31-nə şirkətin heyəti illik ifadədə 1,6 dəfə artaraq, 563,1 min insan təşkil edib.

Samirə Məmmədova