amazon-yeni-qablasdirma-standartlarina-kecir

“Amazon” yeni qablaşdırma standartlarına keçir

Ötən ilin payızında “Amazon” yeni tələblər tətbiq edib. Bu tələblərə əsasən, satıcılar 2019-cu ilin avqustun 1-nə öz qablaşdırmalarını elə dəyişməlidirlər ki, onlar daha kompakt olub, daha rahat açılsın. İnsider.az bunu “vc.ru”-ya istinadla xəbər verir.

Sahibkarlar “Amazon”-u biznesə təzyiqdə ittiham edərək, tələblərə şikayət etməyə başlayıblar. Məsələn, “Philips Norelco” yeni standarta uyğun olmaq üçün öz “OneBlade” ülgücünün komponentlərinin bir hissəsini azaltmalı olub. Heyvanlar üçün yem istehsalçısı olan “Hill's Pet Nutrition” isə bildirdi ki, o, premium-sinif yeem qablaşdırmasını üçdə birinədək kiçiltməli olub.

Avqustun 1-dən sonra qablaşdırmalar yeni standarta zidd olduğu halda, istehsalçılar hər mala görə 1,99 dollar həcmində komissiya ödəməli olacaqlar.

“WSJ” yazır ki, “Amazon” qablaşdırma effektivliyinin artırılması üzərində ən azı 2009-cu ildən bəri çalışır. Şirkət bu yolla təkcə tullantıları deyil, təchizata olan xərcləri də azaldır – malların daha kiçik qablaşdırmada çatdırılması daha ucuz başa gəlir.

Samirə Məmmədova