amb-nin-bas-direktoru-pandemiya-dovrunde-fintexlerin-sayi-2-defe-artib

AMB-nin baş direktoru: Pandemiya dövründə fintexlərin sayı 2 dəfə artıb

Audit sahəsində “Böyük dördlük” şirkətlərinin apardığı araşdırmaya görə, dünyada koronavirus (COVID-19) pandemiyasının davam etdiyi 2020-2022-ci illərdə fintexlərin sayı 2 dəfə artıb.

Bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bildirib.

“Əgər 2020-ci ildə 15 min fintex var idisə, 2022-ci ildə bu rəqəm 30 minə çatıb. Onların illik gəliri isə 80 milyard ABŞ dollarını keçib”, - o deyib.

AMB rəsmisinin sözlərinə görə, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da rəqəmsallaşma prosesində maliyyə institutları öndə gedirlər.

Xatırladaq ki, bugünki tədbirdə maliyyə texnologiyaları sahəsində baş verən yeniliklər, bu sahənin qarşısında duran çağırışlar müzakirə edilir.

Report