amb-sedri-mezenne-faktorunun-inflyasiyaya-tesirini-gozlemirik

AMB sədri: Məzənnə faktorunun inflyasiyaya təsirini gözləmirik

"İnflyasiyanın başlıca faktoru valyuta məzənnəsidir. Biz bu istiqamətdə işlər görürük və məzənnə faktorunun inflyasiyaya təsirini gözləmirik". 

İnsider.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Lakin burda başqa obyektiv faktorlar da var. Koronavirusun yayılması ilə əlaqədar müəyyən müvəqqəti təchizat problemləri yarana bilər. Bundan müxtəlif insanlar istifadə edə bilərlər. Hökumət bütövlükdə bu məsələni nəzarətdə saxlayacaq. Ölkənin təchizatının yaxşılaşdırılması və bu istiqamətdə maliyyə resurslarının toplanılması üçün addımlar atılması planlaşdırılır. 

Digər tərəfdən, süni qiymət artımına yol verən, bu vəziyyətdən sui-istifadə edən insanlar, o cümlədən valyuta möhtəkirlərinə qarşı çox ciddi tədbirlər görüləcək", - AMB sədri bildirib. 

Report