amerika-en-kasib-varli-olke

Amerika: Ən kasıb varlı ölkə

Orta statistik amerikalının gəliri nominal zəngin ölkə vətəndaşının gəliri kimi nisbətən yüksəkdir. Ancaq onun gəliri ilə çox uzağa getmək olmaz -  bunun böyük hissəsi yaşam üçün əsas xərclərə gedir - bura səhiyyə, təhsil, nəqliyyat, yaşayış yerinin icarəsi, vergilər, uşaq və yaşlılara baxım və s. daxildir. Bütün bunlar orta statistik amerikalının daima müflis olma həddində yaşaması ilə nəticələnir - yoxsulluqdan bircə maaş, bütün bunları itirməkdən isə fövqəladə hal ayırır. Görünən odur ki, Amerika yeni yoxsulluq növünün pioneridir.

Bəs yuxarıda sadalananları cəmiyyət dərk etməyəndə nə baş verir? Belə ki, Amerika iqtisadiyyatı ilə qəribə şey baş verdi - düzdür, televizor və "Playstation" kimi oyun konsolları ucuzlaşdı, lakin yaşam əsaslarına səfiyyat həddən çox artdı. İnsan həyatının keyfiyyətini həqiqətən artıran bütün amillər - səhiyyə, maliyyə, təhsil, nəqliyyat, yaşayış yeri və s. - evdarlığın o qədər böyük hissəsini tükətməyə başladı ki, adi amerikalının kənara atmağa, nəyəsə yatırım etməyə və ya əlavə xərcləməyə pulu qalmadı. Nəticədə nə baş verdi - kütləvi inflyasiya, bir çoxları üçün əmək haqqları və gəlirlərlərdə staqnasiya yarandı.

Bütün bunlar isə, məsələn, hec-fondlara həb üzərində və ya spekulyantlara mənzil, səhiyyə və təhsil üzərində nəzarəti təhvil vermənin birbaşa effektidir.
Bu səbəbdən də orta statistik amerikalı sadəcə layiqli yaşam keyfiyyətini qorumaq üçün borc, borc və bir daha borc etməlidir - çünki kapitalizmin yaşam əsasları üzərindəki nəzarəti ehtiyaclar sahəsində sürətlə artan inflyasiyaya səbəb olub.

Bəs orta statistik amerikalının ipoteka ödənişini buraxdığında, xəstələnib vaxtında vergi verə bilmədiyində nə baş verir? O, sərt və amansızca cəzalandırılır. Onun "kredit reytinqi" sarsılacaq (diqqət edin ki, bank və hec-fondların "kredit reytinqi" yoxdur). Onlar  rahat küçədə, ikinci şanssız, hər hansısa təzminat və ya dəstəyə çıxışı olmadan qala bilərlər. Onların ünvanı olmur - o zaman onları kim işə götürər? Odur ki, onlar daha cəmiyyətin bir hissəsi olmurlar. Asimmetrik risk isə korporasiyalar, lobbi və bankların ümumiyyətlə riskləri olmamasıdır, çünki bütün bu risklərlə orta statistik amrikalı qarşılaşır.

Təəccüblü deyil ki, amerikalılar hər hansı yerdə yaşayanlardan qat-qat çox səylə çalışırlar - onlar hər zaman müflis olmaya bir addım yaxındırlar.

Marks, çox güman, bunu yoxsullaşma adlandırardı. Neomarksist nəzərriyəçilər bunu prekariat adlandırır.

Amerikalılar dəhşətli həyat yaşayır - qısa, tənha, bədbəxt, iş, stress və ümidsizliklə dolu həyat. Çünki vəhşi kapitalizmlə birgə sosial investisiyaları idarə edə bilməmək yaşam minimumlarını qeyri-əlçatan edib. Beləliklə, mahiyyətcə, bu, kasıb ölkədir -bəli, ultra-zənginlər var, lakin olduqca az sayda və istisnadırlar.

Amerika yeni yoxsulluq növü sürür. Hələ ki, adı olmayan yoxsulluq növü. Bu, Somali, Banqladeşdəki kimi absolyut yoxsulluq və ya banan respublikalarındakı kimi nisbətən yoxsulluq deyil. Bu unikal amerikan yaradıcılıq məhsuludur. Bu ekstremal kapitalizm sosial darvinizmi puritan qəddarlığı ilə qarşılayır.

Amerika bugün də novatordur. Təəssüf ki, onun bugün yeritdiyi yeni yoxsulluq növüdür. Yenə də yoxsulluq yoxsulluqdur. Bəs yoxsulluğun artdığı cəmiyyətlərdə nə baş verir?  Avtoritarizm güclənir, çünki insanlar demokratiyaya inamını itirirlər. Avtoritar rejim  isə çox qısa zamanda faşizmə çevrilir.

Samirə Məmmədova