amerikada-xaos-karonavirus

Amerikada xaos: Karonavirus 

Son zamanlar gündəmi zəbt edən COVID-19 virusun yayılmasının məhdudlaşdırılması, arzuolunmaz nəticələrin qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə,  o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının müəyyən edilməsinə başlanılıb.

Təəssüflə qeyd edək ki, cəmiyyəti qorxuya salan bu təhlükədən sui-istifadə edərək bəzi “işgüzarlar” xəstəlikdən qorunma üçün istifadə edilən respirator maskaların qiymətinin süni artımına səbəb oldu. 

Bununla yanaşı, artıq bir neçə insanın həyatına son qoyan xəstəliyin əlamətləri olduğu halda müayinə və dəqiq diaqnoz üçün rəsmi şəkildə müəyyən edilmiş məkanları hamı tanımır. İqtisadiyyat və tibbi sahədə böyük uğurlara imza atan ABŞ sakini hamını qorxuya salan virusun simptomlarını özündə müşahidə edincə yoxlanmaq qərarına gəlib. 

İnsider.az xəbər verir ki, qarşılaşdığı maneələr barədə öz Twitter hesabında yazıb:

“Mən Sietlda yaşayıram, xroniki bronxitdən əziyyət çəkirəm, hazırda isə məndə COVID-19-un bütün simptomları var.  65-dən çox xəstənin müalicə aldığı fiziki terapiya klinikasında çalışmağım məni daha da məsuliyyətli davranmağa vadar edir və mən müayinədən keçmək qərarına gəldim.

Korona qaynar xəttinə zəng etdim, 40 dəqiqə zəngə cavab gözlədikdən sonra təslim oldum. 

Növbəti addım CDC və Vaşinqton ictimai sağlamlıq saytlarına baxmaq oldu. Mənə ilkin tibbi yardım həkimi ilə görüşməyi məsləhət gördülər, amma onlarda virus üçün testlərə və bu testdən harada keçmək mümkün olduğuna dair heç bir məlumat yox idi.  

2 ilkin tibbi yardım həkimini çağırdım. Birincisi mənə virus üçün müayinədən harada keçmək mümkün olduğunu bilmədiyini, ikincisi isə mütləq şəkildə müayinədən keçməyimi li və mümkünsə başqa təcili xidmətə də zəng etməyimi tövsiyə etdi. 

Mən üçüncü təcili xidmətə zəng etdim, onların da testlərin harada olduğu barədə heç bir təsəvvürləri yox idi, ancaq xəstəxanaya zəng etməyimi dedilər. Xəstəxanaya zəng etdim. Onlarda virus üçün testlər yox idi,  ancaq "suallarımı cavablandırmaq" üçün məni COVID-19 qaynar xəttinə yönləndirdilər.  Qaynar xətt ilə işləyən xanım çox mehriban və peşəkar idi, sağlamlığım və klinikamdakılar barədə narahatlığımı başa düşdü. Bütün bunlara baxmayaraq mənə testdən keçə bilməyəcəyimi söylədi. 

Beləki, virus üçün müayinədən yalnız son 14 gün ərzində ölkə hüdudlarını tərk edən və ya artıq virusun aşkar edildiyi insanlar ilə əlaqədə olan insnalr keçə bilər. 

Yeganə çıxış yolu, simptomların təzahürü artarsa, səbəb bronxitin və ya sətəlcəmin  kəskinləşməsidir. Yalnız bu diaqnozdan sonra mənim təhlillərim virus üçün yoxlamaya göndəriləcək, bu zaman ərzində isə mən karantinə alınacam.

Bu vəziyyət məni çox narahat edir, mən həyat dəstəyinə ehtiyacım olana qədər kömək ala bilməyəcəyimi bilmək də qorxuncdur. Bütün bunların yekunlaşdırdıqda, heç kim nə baş verdiyi haqqında heç bir şey bilmir! İşləyə bilmirəm! Siz ən yaxşısı əllərinizi yuyun!”.

Qeyd edək ki, Azərbaycanda xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.

Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır. Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq  müvafiq tədbirlər görüləcək.

Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də, xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir.

Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir. 
Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər.

Səbinə Səmidxan