“Amnesty International” hüquq-müdafiə təşkilatı (AI) “zəhərli” əmək şəraiti barədə hesabatla bağlı olaraq rəhbərliyini dəyişəcək. “AI”-nin baş katibi Kumi Naydu müdiriyyətin yeddi üzvündən beşinin çıxarılması barədə məlumat verib. İnsider.az bunu “Korrespondent”-ə istinadən bildirir.
Çıxarılmış top-menecerlər təşkilatı oktyabra kimi tərk etməlidirlər.
“Amnesty International”-da təşkilat əməkdaşlarının ötən il Paris və Cenevrədə intiharı səbəbinə görə təşkilatdakı əmək şəraiti barədə məruzə hazırlanması tapşırılmışdı.
Müstəqil ekspertlər yanvarda “Amnesty International”-ın təşkilati mədəniyyətində və idarəçiliyindəki problemli məsələlər barədə sənəd dərc etdilər. Yoxlama nəticələrindən məlum oldu ki, əməkdaşlar tez-tez stress və təzyiqlərə görə şikayət ediblər, həmçinin əmək şəraitini “zəhərli” kimi təsvir ediblər.
Britaniyanın “The Times” qəzeti öz növbəsində xəbər verib ki, çıxarılmış rəhbərlərə “bol təzminatlar” çatıb. Bu da təşkilatın digər əməkdaşlarının narazılığına səbəb olub.
Təşkilatın mətbuat katibi digər işçilərlə müqayisədə rəhbər heyətin daha az kompensasiya aldığını bildirib.
Samirə Məmmədova