amnistiya-akti-5-730-neferin-olkeden-cixisina-qoyulmus-qadaga-goturulub

Amnistiya Aktı: 5 730 nəfərin ölkədən çıxışına qoyulmuş qadağa götürülüb

"Amnistiya Aktının icrası ilə bağlı Probasiya Xidməti tərəfindən 5 730 nəfərin ölkədən çıxışına qoyulmuş qadağa götürülüb".

Bunu Ədliyyə Nazirliyi yanından Probasiya Xidmətinin rəisi Musa Hümbətov nazirlikdə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, cəzadan azad edilən şəxslərin 24 saat ərzində qadağası ləğv edilib.

Report