“Azərbaycan artıq badam idxalçısından ixracatçısına çevrilməyə başlayıb”.
İnsider.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Anar Hüseynov sosial şəbəkə səhifəsində yerləşdirdiyi paylaşımda bildirib.
A.Hüseynov hazırda Azərbaycan ərazisində mövcud 2804,7 hektar badam bağının, 1425,4 hektarının bar verən yaşda olduğunu bildirib.
Bundan başqa nazirlik rəsmisi ölkə üzrə 2020-ci ildə 294,6 hektar, 2021-ci ildə isə 531 hektar sahədə yeni bağ salındığını, 2021-ci ildə ölkəmizdə 3116,1 ton badam istehsal olunduğunu, badam istehsalı üzrə orta məhsuldarlıq 21,9 sent/ha təşkil etdiyini, 2021-ci ildə Azərbaycandan xarici ölkələrə 67,3 min dollar dəyərində qabıqlı badam və 256,1 min dollar dəyərində qabığı təmizlənmiş badam ixrac olunduğunu da qeyd edib.