angela-merkel-sehhetinden-danisib

Angela Merkel səhhətindən danışıb

Almaniya kansleri Angela Merkel səhhəti ilə bağlı açıqlama verib. 

İnsider.az TASS-a istinadən xəbər verir ki, Merkel səhhətində heç bir problemin olmadığını bildirib: “Əminəm ki, bu hal necə yaranıbsa, eləcə də keçib gedəcək. Xüsusi bir şey deyə bilmərəm. Özümü yaxşı hiss edirəm”. 

Xatırladaq ki, Merkel iyunun 18-i və 27-də müvafiq olaraq, Ukrayna və Almaniya prezidentləri ilə görüşü zamanı titrəməsi ilə diqqət çəkmişdi.