Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." “R.V. Investment Group Services” törəmə şirkətinin potensial satışı üçün Azərbaycan hökuməti və digər tərəflərlə danışıqlar aparıb.
İnsider.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bu danışıqlar ilkin mərhələdədir və heç bir şərt müzakirə edilməyib və ya razılaşdırılmayıb: “Bu danışıqların hər hansı əməliyyatla nəticələnəcəyini demək olmaz. Qrupun inkişafı üçün mütəmadi olaraq digər tərəflərlə müzakirələr aparılır”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi, “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidmətinin satın alınması üzrə keçirilmiş tenderin qalibini elan etdiyi barədə məlumat yayılıb.
Məlumata görə, tenderin qalibi "OMNİ" Qapalı Səhmdar Cəmiyyətidir. Nazirlik QSC ilə məbləği 265 min manat olan müqavilə imzalayıb.
Report