19-20 sentyabr tarixlərində Qarabağda keçirilən antiterror tədbirləri zamanı 192 hərbi qulluqçu şəhid olub.
Şəhid olan hərbi qulluqçuların sırasında yüksək rütbəli zabitlər, gizirlər, çavuşlar və əsgərlər də var.
Onlardan:
2-si polkovnik-leytenant (bir nəfər daxili işlər orqanının əməkdaşı);
4-ü mayor;
6-sı kapitan;
12-si baş leytenant;
9-u leytenant;
6-sı kiçik leytenant;
2-si baş çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı);
6-sı çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı);
15-i kiçik çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı);
1-i baş gizir;
21-i gizir (bir nəfər daxili işlər orqanının əməkdaşı);
3-ü matros (Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu);
105-i isə əsgərdir (altı nəfər daxili işlər orqanının əməkdaşı).