ap-google-amazon-ebay-ve-diger-onlayn-platformalarla-bagli-qaydalari-tesdiqledi

AP “Google”, “Amazon”, “eBay” və digər onlayn-platformalarla bağlı qaydaları təsdiqlədi

Avroparlament biznes və onlayn-platformaların münasibətlərini tənzimləyəcək qaydaları qəbul edib.

İnsider.az xəbər verir ki, bu barədə tənzimləyicinin səhifəsində deyilir.

Aİ bu sənəd üzərində 2017-ci ildən bəri çalışırdı və onu 2019-cu ilin əvvəlində dərc ediblər. Sənədin müəllifləri hesab edir ki, qaydalar yeddi minə yaxın servislərə, o cümlədən “Google”, “Google Play”, “Facebook”, “Instagram”, “App Store”, “Amazon”, “eBay” və digər platformalara toxunacaq.

Qaydalarda:

•    şirkətlərin hesablarının ani və əsassız bloklanmasına qadağa barədə deyilir. Sənəd onlayn-meydançalara biznesə bloklanma səbəbini öyrənmək hüququnu və apellyasiya hüququnu verməyi təklif edir. Bundan başqa, platformalar, əgər yanlışlıqla şirkətlərin hesablarını bloklayıblarsa, onları bərpa etməli, həmçinin servislərin qaydalarındakı dəyişiliklər barədə onları əvvəlcədən məlumatlandırmalı olacaqlar;

•    onlayn-platformaların “şəffaflığı” barədə deyilir. Ticari meydançalar və axtarış sistemləri mallar və xidmətlərin ranjirlənməsinə təsir edən əsas parametrləri açmalı olacaqlar;

•    Hər platformada, ən kiçikləri istisna olmaqla, biznes üçün geri əlaqə sisteminin yaradılması zəruriliyi barədə deyilir. Bu, daha tez-tez biznesin ticari meydançaları ilə olan münaqişələrini məhkəməsiz həll etməyə kömək edəcək;

•    Bəzi servislər eyni vaxtda ticari meydançaya sahibdirlər və eyni zamanda da orada öz mallarını satırlar. Belə hallarda onlayn-platformaların onların öz mallarının hansı üstünlükləri əldə etdiyini açıqlamalı olduğu barədə deyilir.

Avroparlamentdə hesab edirlər ki, qaydalar təkcə biznesə deyil, istehakçılara da kömək edəcək. Şirkətlərin onlayn-meydançalarda fəallığı sayəsində daha çox keyfiyyətli mal və xidmət yaranacaq.

Avropa Parlamenti tərəfindən qəbul edilmiş mətn Aİ Şurasının da təsdiqini almalıdır. Təsdiqdən sonra reqlament onun rəsmi jurnalda dərc edilməsindən 12 ay sonra qüvvəyə minəcək.

Xatırladaq ki, 2019-cu ilin fevral ayında Avrokomissiya “Google” və “Facebook”-dan kontent yaradıcılarına ödəniş etməyi tələb edən müəllif hüququnun islahat layihəsini təsdiqləmişdi.

Samirə Məmmədova