ABŞ ali məhkəməsinin qərarı ilə artıq "Apple" istifadəçiləri şirkətə qarşı iddia qaldıra bilərlər. İnsider.az bunu "CNN"-ə istinadla xəbər verir.
“iPhone” istifadəçiləri “Apple”-a qarşı kollektiv iddianı hələ 2011-ci ildə qaldırmışdı. O zamanlar onlar bəyan etmişdilər ki, “Apple” tətbiq bazarını inhisara alır, çünki tətbiqləri ancaq “App Store”-dan yükləmək olur, onların qiyməti isə yüksəkdir.
“Apple” cavabında şirkətin istifadəçilər və qiymətləri qoyan “App Store”-dakı tətbiq müəllifləri arasında vasitəçi olduğunu söyləmişdi. 2017-ci ildə ABŞ apellyasiya məhkəməsi istifadəçilərin tərəfində durdu və onlara “Apple” ilə məhkəmədə çəkişməyə icazə verdi, lakin şirkət onun qərarı ilə razılaşmayıb təkrar məhkəməyə müraciət etdi.
İş bundan sonra Ali məhkəməyə çatdı. O isə, bütün iOS istifadəçilərinin “Apple”-ın birbaşa müştəriləri olduğunu və şirkətə qarşı istintaq aparmalarına qət etdi.
Bununla belə, “CNN” bildirir ki, məhkəmə şirkəti antiinhisarr qanunvericiliyin pozuntusunda ittiham etmir.
Məhkəmə qərarının fonunda “Apple” səhmləri 5,57%, daha dəqiq hər səhmin 186,2 dollar ucuzlaşdığı bildirilir. Şirkətin bazar kapitalizasiyası 856,58 milyard dollar təşkil edib. “Bloomberg”-in ekspertləri səhmlərin enişini Çin hakimiyyətinin 2019-cu ilin iyun ayından bəzi amerikan mallarına rüsumların artması barədə elanı ilə bağlayırlar.
Samirə Məmmədova