apple-amazon-buluduna-ne-qeder-xercleyir

“Apple” “Amazon” buluduna nə qədər xərcləyir?

2019-cu ilin ilk rübündə “Apple”-ın “Amazon Web Services” (AWS) verilənlərin saxlanılmasının bulud servisinə olan xərci orta hesabla ayda 30 milyon dollardan çox təşkil edib.

İnsider.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.

Əgər “Apple” 2019-cu ilin sonunadək “AWS”-ə gedən sərfiyyatın həcmini saxlasa, o zaman şirkətin illik xərcləri 360 milyon dolları keçəcək. Resurs mənbələrindən birinin dediyinə görə, 2018-ci ildə “Apple” bu istiqamətdə təxminən 350 milyon dollar sərf etmişdi.

“CNBC”-nin məlumatına əsasən, son bir neçə ayda “Apple” beş il ərzdinə “AWS”-ə ən azı 1,5 milyard dollar xərcləməli olduğuna dair saziş imzalayıb. Bu, şirkəti “AWS”-in ən iri istifadəçilərdən birinə çevirir. Müqayisə üçün, “Lyft” taksi sifarişi servisinin “AWS”-ə xərcləri 2021-ci ilin sonuna qədər 300 milyon dollar, “Pinterest” sosial şəbəkəsinin isə 2023-cü ilin ortalarına kimi 750 milyon dollardan az olmayaraq təşkil edəcək.

“Apple” şirkətində bununla bağlı şərh verməkdən imtina ediblər, “Amazon” isə sorğuya cavab verməyib.

Qeyd edək ki, 2018-ci ildə “Amazon”un “AWS”dən olan gəliri 25,66 milyard dollar təşkil edib. Bu, şirkətin əməliyyat gəlirinin demək olar ki, 59%-dir.

Samirə Məmmədova