apple-card-abs-bazarina-daxil-olur-xususiyyetleri

“Apple Card” ABŞ bazarına daxil olur – Xüsusiyyətləri

Mart ayında “Apple” “Goldman Sachs” bankı və “Mastercard” beynəlxalq ödəmə sistemi ilə birgə anonsunu verdikləri “Apple Card” avqusta satışa buraxılacaq və ilk vaxtlar ancaq ABŞ-da aktiv olacaq. İnsider.az bunu “RBK”-ya istinadla xəbər verir.

Onunla adi rejimdə də, “Apple Pay”-lə də (əlbəttə, “Android” verisyası olmayacaq) ödəniş etmək olar.

Ancaq yeni fiziki kartın kontaktsız ödəmə opsiyası mövcud deyil. O, “Air Pods” prinsipi üzrə – “iPhone”-la sinxronlaşdırma zamanı aktivləşir.

“Apple Card”-ın cərimə faiz stavkası da yoxdur. “Apple” və “Goldman Sachs” səbrlə krediti ödəməyinizi gözləyəcəklər, əlbəttə kredit reytinqində bu zaman siz bir neçə pillə aşağı düşəcəksiniz – bu, borcluların standart cəzalandırılmasıdır.

“Apple Card” sahibləri ödəmələri və kartda balans artımını “Apple Cash” və “ACH” tətbiqi vasitəsilə edə biləcəklər. Kredit kartı bəzi mağazalar və ya ümumi qitə məntəqələrindəki ödəniş zamanı qəbzlərin imzalanması ilə bağlı süründürücü prosesi ləğv edir.

İstifadəçilər kartın nömrəsini və onun etibarlıq müddətini bilməyəcəklər – fizikidə ancaq sahibin adı qeyd olunub, elektron variantda isə ancaq  nömrənin dörd rəqəmi əks olunur. Bu, oğurluq və yeni kartın əldə edilməsi zamanı kartın bloklanma prossesini sadələşdirmək məqsədilə edilib.

“Apple Pay”-in vitse-prezidenti Cenifer Beylinin dediyinə görə, “Apple” sizin nəyi, harada və neçəyə aldığınızı bilmir” – yəni şirkət konfidensiallıq barəsində tədbir götürüb. Sərfiyyat barədə bütün məlumat “Apple” serverlərində deyil, bilavasitə cihazlarda saxlanılır. Şirkət həmçinin söz verir ki, “Goldman Sachs” marketinq və reklam məqsədilə heç vaxt sizin məlumatlarınızı üçüncü şəxslərə satmayacaq”.

Qeyd edək ki, 2019-cu ilin sonuna “Apple Card” 40 ölkədə əlçatan olacaq.

Samirə Məmmədova