apple-dan-120-milyard-dollar-qazanib

"Apple"dan 120 milyard dollar qazanıb

Uorren Baffett "Apple"a yatırdığısəhm investisiyalarından 120 milyard dollar qazanıb.

Uorren Baffetin (Warren Buffett) "Apple" şirkətinə sərmayəsi onun ən gəlirli sahələrindən biri olub və Baffetə 120 milyard dollar gəlir gətirib.

"Berkshire Hathaway" 2016 və 2018-ci ilin ortalarında "Apple"ın səhmlərini alıb və satınalmalardan sonra holdinq iPhone istehsalçısının 5 faizinə sahib olub. Bu prosesdə səhmlərin ümumi dəyəri 36 milyard dollar olduğu halda, "Apple"a yatırılan investisiyanın ümumi dəyəri hazırda 160 milyard dollar səviyyəsindədir.

Baffetin sürətlə artan texnologiya səhmlərinə mühafizəkar münasibəti sənədli filmlərin mövzusu olub. İnvestisiya məsləhətçiləri Todd Combs və Ted Weschler sayəsində texnologiya sektoruna daha çox sərmayə qoymağa razı olan Buffet, "Apple"ın "Berkshire"nin üçüncü ən böyük sərmayəsi olduğunu bildirib.

Buffet "Apple"ın "bu günə qədər yəqin ki, dünyanın ən yaxşı şirkəti" olduğunu söyləyib.

Marja