“Apple” şirkətinin məşhur dizayneri Coni Ayv iş yerini dəyişmək qərarına gəlib.
İnsider.az xəbər verir ki, dizayner bundan sonra şəxsi layihəsi üzərində işləmək niyyətindədir.
“Mac”, “iPod”, “iPhone” kimi qacetlərin xarici görünüşünü tərtib edən C.Ayv “Apple”la əməkdaşlığı fərdi şəkildə davam etdirəcək.
O, şirkətdən getməsini karyerasının təbii davamı hesab edir.
©Oxu.az