apple-in-sehmleri-keskin-sicradi

“Apple”-in səhmləri kəskin sıçradı

Çərşənbə axşamı günü "Apple" mart rübü üzrə, ötən ilin anoloji dövrü ilə müqayisədə mənfəət azalsa da, gözləntilərə müvafiq olaraq düşən gəlirlər barədə hesabat verib. Buna baxmayaraq, "Apple"-ın növbəti rübə proqnozu analitiklərin gözlədiyindən yüksək çıxıb və şirkət öz səhmlərinin geri alışına 75 milyard dollar xərcləyəcəyini bildirib

İnsider.az -ın məlumatına əsasən, "Apple" səhmləri 4%-dən çox artıb və genişləndirilmiş hərracda 1 trilyon dollarlıq bazar dəyərinə yaxınlaşıb.

"Wall Street"-in gözlədiyi ilə müqayisədə şirkətin etdikləri:

  • Səhm üzrə gəlir: "Refinitiv" proqnozlarına görə, 2,36 dollara qarşı 2,46 dollar
  • Mənfəət: "Refinitiv" proqnozlarına müvafiq olaraq, 57,37 milyard dollara qarşı 58,02 milyard dollar
  • "iPhone"-un 2-ci rüb üzrə mənfəəti: "FactSet"-in proqnozuna müvafiq olaraq, gözlənilən 31,10 milyard dollara qarşı 31,05 milyard dollar
  • 2-ci rüb üzrə xidmətlərdən gələn gəlir: "FactSet" proqnozuna müvafiq, 11,37 milyard dollara qarşı 11,45 milyard dollar
  • 3-cü rübdə proqnozlaşdırılan mənfəət: "Refinitiv"-in proqnozuna əsasən, 51,94 milyard dollara qarşı 52,5-dən 54,5 milyard dollara qədər

Ötən ilin anoloji dövrü ilə müqayisədə "Apple"-ın ümumi satışı azalıb. Buna baxmayaraq, səmlərin artığına görə investorlar üçün bu, əhəmiyyətli deyil.

"Apple"-ın üçüncü maliyyə rübü üzrə təlimatı gözləniləndən yüksək çıxıb. Bu, "iPhone"-a olan tələbatın təkrar sabitləşdiyindən və xidmətlərdən gələn gəlirin artmaqda olduğundan xəbər verir. "Apple" yanvar ayında Çini zəif "iPhone" satışında günahlandıraraq, ilk rübə olan proqnozu azaltmışdı.

"iPhone"-dan gələn gəlir də ötən illə müqayisədə 17,33% azalıb və heç vaxt olmadığı kimi "Apple"-ın rüb üzrə mənfəəti 53,5%-ni təşkil edib.

Samirə Məmmədova