apple-sirketi-iphone-12-smartfonunu-yeni-rengde-teqdim-edib

“Apple” şirkəti “iPhone 12” smartfonunu yeni rəngdə təqdim edib

"Apple" korporasiyası "iPhone 12" smartfonunu yeni rəngdə təqdim edib. Təqdimatın yazısı "YouTube" videohostinqində əlçatandır.

Yeni "iPhone 12" cihazı 2020-ci ildə çıxarılmış qurğulardan heç nə ilə fərqlənmir. Bundan başqa yeni cihazın arxa qapağı bənövşəyi rəngdədir və alüminium çərçivəyə malikdir. "Apple" şirkəti "iPhone 12" və "12 mini" cihazlarını yeni rəngdə təqdim edəcək, amma "12 Pro" və "12 Pro Max" əvvəlki rənglərdə qalacaqlar.

Bənövşəyi rəngli "iPhone 12" smartfonlarına ilkin sifariş aprelin 23-də əlçatan olacaq.

"iPhone 12" cihazı 2020-ci ilin payızında təqdim edilib. OLED displeylə təchiz edilmiş smartfon 5,4 və 6,1 düym ölçülərdə əlçatandır. Həmçinin smartfon beşinci nəsil şəbəkələrini dəstəkləyir.

ICTnews