apple-ticaret-muharibesine-qarsi-cixdi

"Apple" ticarət müharibəsinə qarşı çıxdı

ABŞ-ın nəhəng şirkətləri prezident Donald Trampın Çindən idxal olunan 300 milyard dollarlıq mala əlavə gömrük rüsumunun tətbiqi ilə bağlı planlarına qarşı çıxıb.

İnsider.az xəbər verir ki, "Walmart", "Microsoft", "HP" kimi şirkətlərin ardındam "Apple" da ABŞ Ticarət nümayəndəsi Robert Laytayzerə göndərdiyi məktubla Çinə yeni tariflərin tətbiq olunmamasını tələb edib.

"Apple"ın ABŞ-da 2 milyonluq əmək bazarını əhatə etdiyi və növbəti 5 ildə 350 milyard dollarlıq vergi ödəyəcəyi qeyd olunan məktubda "Təklif edilən yeni tariflər "iPhone", "iPad", "Mac" və "AppleTV" kimi məhsullarla bu məhsullarda istifadə edilən hissə və aksesuarları əhatə edir. ABŞ hökumətindən bu tarifləri tətbiq etməməsini tələb edirik", - deyə bildirilib. Həmçinin tariflərin qlobal rəqabətdə "Apple"a zərər verəcəyi qeyd olunub.

Qeyd edək ki, ötən günlərdə "Dell", "HP", "Microsoft" və "İntel" kimi şirkətlər sözügedən tarifə qarşı olduqlarını açıqlamışdılar. Şirkətlərdən edilən ortaq şərhdə 300 milyard dollarlıq Çin məhsuluna əlavə rüsumun tətbiq olunması halında ABŞ-da noutbuk qiymətlərinin 19% artacağı ifadə olunmuşdu.

©Finans.az