apple-ve-foxconn-cinin-qanunlarini-pozub

“Apple” və “Foxconn” Çinin qanunlarını pozub

“Apple” şirkəti və onun istehsalçı tərəfdaşı olan “Foxconn Group” Jenqjou şəhərindəki ən iri iPhone fabrikinə çoxlu sayda müvəqqəti işçiləri, o cümlədən məktəblini qəbul edərək Çinin əmək qanunlarını pozub.

İnsider.az xəbər verir ki, ictimai insan hüquqları qrupunun araşdırması həmin müəssisədə müvəqqəti işçilərin qanunla yol verilən 10 faizlik həddi aşaraq 50 faiz təşkil etdiklərini üzə çıxarıb. İşə götürülən məktəblilər dərsə getdikləri üçün müvəqqəti işçilərin xüsusi çəkisi hazırda 30 faiz təşkil edir.

Daxili təhqiqat apardıqdan sonra “Apple” şirkəti sözügedən halları etiraf edərək problemi aradan qaldırmaq üçün “Foxconn”la yaxından əməkdaşlıq etdiklərini bildirib. “Foxconn Technology Group” da müvəqqəti işçilər məsələsində ifrata vardıqlarını etiraf edib.

©Report