aprelde-herraclarda-valyuta-satisi-azalib

Apreldə hərraclarda valyuta satışı azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin aprel ayı ərzində 531,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. 

Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin mart ayı ərzində 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışd. Beləliklə, mart ayı ilə müqayisədə apreldə valyuta satışı 3,6 dəfə azalıb.

Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.