aqta-13-ticaret-ve-ictimai-iase-muessisesinde-noqsanlar-askarlayib

AQTA 13 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"24 Saat" şərab evi

Xətai rayonu, N.Rəfiyev küç., ev 14A

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"Badə" şərab evi

Sumqayıt şəhəri, 6-cı mkr

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

3

"Səid" market

Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

4

"Qoşqar" market

Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

5

"Zeytun" aptek

Şirvan şəhəri, A.Əhmədov küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

6

"Dokta" aptek

Salyan şəhəri, Y.Qasımov küçəsi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

7

"Dokta" aptek

Salyan şəhəri, Kürqaraqaşlı kəndi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

8

"Vəzir" market

Şəmkir rayonu, Dəllər ştq

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

9

"Dokta" aptek

Şəmkir rayonu, Bakı-Qazax şosesi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

10

"Dokta" aptek

Şəmkir rayonu, Bakı-Qazax şosesi 1175

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

11

"Şah" restoranı

Xətai rayonu, N.Rəfiyev küç., ev 49A

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

12

"Çempion" restoranı

Xətai rayonu, N.Rəfiyev küç., ev 25

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

13

"Star" restoranı

Binəqədi rayonu, S.S.Axundov küç., ev 8B

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Ev şəraitində hazırlanan məhsulların satışı