aqta-bayram-gunlerinde-bu-xidmeti-odenissiz-heyata-kecirecek

AQTA bayram günlərində bu xidməti ödənişsiz həyata keçirəcək

Bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi, heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması istiqamətində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək.

Insider.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, bu məqsədlə bayram günlərində vətəndaşların ixtiyarına veriləcək 44 stasionar və 30 çadır tipli heyvan kəsimi məntəqələrində son hazırlıq işləri görülür.

Həmin kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.