argentinanin-iqtisadiyyat-naziri-istefa-verdi

Argentinanın İqtisadiyyat naziri istefa verdi

Peso kəskin ucuzlaşdığına və ölkədə yaşanan maliyyə böhranına görə Argentinanın İqtisadiyyat naziri Nicolas Dujovne istefa verib.

İnsider.az xəbər verir ki, ötən həftə Argentinada keçirilmiş seçkilərdə Prezident Mauricio Macri uduzub. Bu hadisədən sonra ölkənin pul vahidi peso dollar qarşısında 20% dəyərdən düşüb.

2017-ci ilin Yanvar ayından etibarən iqtisadiyyat naziri işləmiş Nicolas Dujovne, Prezident Mauricio Macri-yə məktub yazaraq istefa verib.

Dujovne, Argentina üçün var gücünü ortaya qoyduğunu, dövlət xərclərinin və büdcə kəsirinin azaldılması kimi bir çox müvəffəqiyyətlərinin olduğunu bildirib. Məktubda İqtisadiyyat naziri, "Eyni zamanda, səhvlər də etdik" ifadələrinə yer verib.

Dujovne, Argentinanın, Beynəlxalq Valyuta Fondunun (IMF) tarixindəki ən böyük borc olan 57 milyard dollarlıq stend-by razılaşmasında böyük rol oynamışdı.

İstefa verən Nicolas Dujovne-nin yerinə  Buenos-Ayres əyalətinin İqtisadiyyat naziri Hernan Lacunza təyin ediləcək.

Marja