arif-rehimovdan-bakida-bu-il-kecirilecek-formula-1-le-bagli-aciqlama

Arif Rəhimovdan Bakıda bu il keçiriləcək “Formula-1”lə bağlı AÇIQLAMA

“Formula-1” Azərbaycan Qran Prisinin keçirilməsi 6 iyun tarixində nəzərdə tutulur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, qurumun icraçı direktoru Arif Rəhimov yarışla bağlı dünən yayılan xəbərləri şərh edib:

“Formula 1 rəhbərliyi bir neçə gün əvvəl yarışın builki təqvimində bir sıra dəyişiklər edib, lakin buna baxmayaraq, dünya çempionatının Azərbaycan mərhələsinin keçirilməsi plana müvafiq olaraq 4-6 iyun tarixlərində Bakının mərkəzi küçələrində nəzərdə tutulur”.

Azərbaycan Qran Prisinin başlamasına beş ayın qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbərlıyı yarışın keçirilməsini mümkün edəcək ssenarilər barədə düşünür, o cümlədən yarışı canlı izləmək imkanını nəzərdən keçirir.

“Formula-1”də yeni mövsüm martın 28-də Bəhreyn Qran Prisi ilə start götürəcək. Çempionata dekabrın 10-12-də Əbu-Dabidəki yarış ilə yekun vurulması planlaşdırılır. Yeni mövsüm mərhələlərin sayına görə rekorda imza atacaq. Belə ki, ilk dəfə 23 Qran Prinin keçirilməsi planlaşdırılır.

Oxu.Az