artan-qara-kif-tehlukesi-ucun-risk-qrupunda-olanlar-aciqlandi

Artan “qara kif” təhlükəsi üçün risk qrupunda olanlar açıqlandı

Koronavirusdan sonra dünyanı indi də mukormikoz (“qara kif”) xəstəliyi təhdid edir. Elm adamları Hindistanda başlayan və artıq Misir, İraq, Pakistan, Rusiya, Banqladeş hətta Braziliya kimi ölkələrdə yayılan xəstəliyə qarşı risk qrupunda olanları açıqlayıb.

Bu barədə “Haber Global” xəbər verib.

Risk qrupunda olan insanlar arasında ilk yerdə diabet xəstələri durur. Elm adamlarının sözlərinə görə, mukormikoz zəif idarə edilən diabetlə güclü bir şəkildə əlaqədardır.

Qeyd edilir ki, bu infeksiya açıq yara yerindən, yaxud tənəffüs sistemi vasitəsilə orqanizmə girir, qan dövranına daxil olur, ürək, beyin və ağ ciyərlərlə yanaşı digər orqanlara da yayılır.

Bundan başqa “qara kif” immuniteti zəif olanlara, o cümlədən koronavirus xəstələrinə də təsir edir. Mütəxəssislər COVİD-19 xəstələrində steroid istifadəsinin bu xəstəliyin yayılmasına səbəb olduğunu bildirirlər. Həkimlər bu xəstəliyin inkişafının qarşısını almaq üçün xəstələrin 60 faizinin bir və ya iki gözünü çıxarmalı olub.