asa-ib-nin-umumi-yigincagin-iclasi-kecirilib

ASA İB-nin Ümumi Yığıncağın iclası keçirilib

Yanvar ayının son günündə Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin ali idarəetmə orqanı olan Ümumi Yığıncağın iclası baş tutub.

22 Sığorta şirkətinin sədr və sədr müavinlərinin iştirakı ilə keçirilən iclasda ASA İB-nin 2019-cu ildə gördüyü işlər və “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları” üzrə Memoranduma dair “Məsafə saxla” layihəsi ilə bağlı hesabatlar, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatlar, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin 2020-ci il üzrə Tədbirlər Planı, İB-nin Müşahidə Şurasının üzvlərinin yenidən təyin edilməsi, İB-nin üzvü olan Sığorta vasitəçilərinin üzvlükdən çıxarılması, eləcə də qurumun Nizamnaməsinin yeni redaksiyasının təsdiqlənməsi  məsələləri müzakirə edilib.

İclasın nəticəsi olaraq Müşahidə Şurasına AXA MBASK şirkəti əvəzinə “Qala Sığorta” ASC-nin üzvlüyü təsdiqləndi.

İclas zamanı diqqət yönəldilən əsas məsələlərdən biri də Qurumun Tədbirlər planı olub. 2020-ci il üçün təsdiq edilən plan üzrə qanunverilik, sığrota sahəsində  maarifləndirmə, təlim kurslarının və layihələrin həyata keçirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb. Qəbul edilən yeni qərarlar sırasında ASA İB-nin üzvlüyündən çıxarılan sığorta vasitəçiləri ilə fərqli formatda fəaliyyətin davam etdiriləcəyi də yer alıb.

Bununla yanaşı Azərbaycan Sığortaçılar Assosiasiyasının Nizamnaməsinin yeni redaksiyası müzakirə olunub.