Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru vəzifəsinə Elmar Mirsalayev təyin olunub.
Bu barədə məlumatı ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev təsdiqləyib. Məlumatda bildirilir ki, Elmar Mirsalayevin namizədliyi və icraçı direktor vəzifəsinə təyinatı Azərbaycan Sığortaçılar Assosiasiyasının müşahidə şurasının üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Qeyd edək ki, Elmar Mirsalayev bu təyinata qədər “Atəşgah Sığorta” şirkətində Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb.