Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb.
İnsider.az-ın xəbərinə görə, sənədi Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda, Azərbaycan və Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri imzalayıblar.
İmzalanma zamanı bildirilib ki, ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspert, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
©Apa