asan-xidmet-de-verilen-senedlerin-40-den-coxu-edliyye-qurumlarinin-payina-dusub

“ASAN xidmət”də verilən sənədlərin 40%-dən çoxu ədliyyə qurumlarının payına düşüb

“Ölkə başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələri tərəfindən 5 milyondan artıq əməliyyat aparılıb və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşüb”.

İnsider.az xəbər verir ki, bunu 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova bildirib.

“Xüsusi vurğulamaq istərdim ki, son illərdə dövlət səviyyəsində bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində səmərəli və məqsədyönlü iş aparılır. Bu baxımdan Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə” Qərarı mühüm əhəmiyyətə malikdir. Həmin qərarla adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları təsdiq edilib. Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaradıb. Bütün bunların müqabilində isə hər bir ədliyyə əməkdaşı qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır” – deyə R.Mənəfova fikirlərinə əlavə edib.

Report