asan-xidmet-e-muracietlerin-sayi-34-milyonu-kecib

“ASAN Xidmət”ə müraciətlərin sayı 34 milyonu keçib

Bu günə qədər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərinə 34 milyondan çox müraciət olub.

İnsider.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "StartUpFest2019" tədbirinin rəsmi açılış mərasimində Agentliyin sədri Ülvi Mehdiyev məlumaty verib.

“Bu müraciətlər 7 milyon unikal şəxs tərəfindən edilib, yəni bir nəfər bir neçə də müraciəd edib”, - deyə o, qeyd edib. 

Report