Asiya İnkişaf Bankı gələn il Azərbaycanda iqtisadi artımın yavaşlayacağını gözləyir.
İnsdier.az xəbər verir ki,Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artıma və inflyasiyaya dair proqnozlarını yeniləyib.
“Asiyada İnkişaf Perspektivləri haqqında” arayışda bildirilir ki, Bank 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 2,6% artacağını gözləyir. Əvvəlki proqnoz 2,4% idi.
2020-ci il üzrə proqnoz isə 2,7%-dən 2,4%-ə endirilib.
Asiya İnkişaf Bankı 2019-cu il də Azərbaycanda inflyasiyanın illik 3,7% təşkil edəcəyini gözləyir. Əvvəlki proqnoz 4% idi. 2020-ci il üzrə inflyasiya proqnozu 5%-dən 3,8%-ə endirilib.
©Marja