Asiyanın ən bahalı mayeləşdirilmiş təbii qaz fyuçerslərinin 2023-cü ilin yanvar ayı üzrə qiyməti hər 1 000 kubmetr üçün 2 560 ABŞ dollarına çatıb.
Bunu “CME Group”un “JKM Platts” indeksi üzrə məlumatları göstərir.
“Mavi yanacağ”ın bahalaşmasına səbəb kimi Asiyanın inkişaf etmiş ölkələrinin qış mövsümündən qabaq ehtiyatlarını artırması, bunun nəticəsində bazarda ciddi rəqabətin yaranması göstərilir.