assanj-hebsxana-xestexanasina-dusub

Assanj həbsxana xəstəxanasına düşüb

“WikiLeaks” təsisçisi Culian Assanj Belmarş həbsxanasının xəstəxanasına köçürülüb. İnsider.az bunu təşkilatın “Twitter”-dəki ismarışına istinadla xəbər verir.

Qeyd olunur ki, Assanjın səhhəti son yeddi il ərzində Ekvador səfirliyindəki “əsas insan haqqlarına zidd olan” yaşayış şəraitinə görə ciddi şəkildə pisləşirdi.

“WikiLeaks” nümayəndələri vurğulayırlar ki, Assanjın vəziyyəti həbsxanada kəskin olaraq pisləşməyə davam edir, yeddi həftəyə o, çox arıqlayıb, mayın 24-ü isə səhhətindəki problemlərə görə normal danışa bilməyib.

Xatırladaq ki, aprelin 11-i Assanj Londondakı Ekvador səfirliyində həbs olunub. Ümumi olaraq, onu 175 il həbs həyatına məhkumluq gözləyir.

Samirə Məmmədova